Xızı rayonunda ağır yol qəzası baş verib.
AvtoReyd.Az Lent.az-a istinadən xəbər verir ki, dünən axşam saatlarında Xızı-Giləzi yolunun 15-ci kilometrliyində “Toyota Prado” markalı, 10 CP 969 dövlət nömrə nişanlı avtomobil dağlıq sahədə idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan şəxslərdən 33 yaşlı kişi ölüb. Biri qadın olmaqla daha 2 nəfər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xızı rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.