Ukrayna hökumətinin rəhbəri Vladimir Qroysman ölkədə işıqforun sarı rənginin ləğvi imkanlarını araşdırmaq üçün göstəriş verib. Bu barədə «Ukraynskaya pravda» xəbər verib.

Bildirilir ki, ölkədə baş verən rezonans doğuran son hadisələr məhz sarı işıqda hərəkətlə bağlı olub.

Ukrayna İnfrastrukturunun nazir müavini  Yuriy Lavrenyuk bir çox ölkələrdə sarı işığın çoxdan ləğv olunduğunu bildirib: «İşıqforda ancaq iki rəng olmalıdır: qırmızı və yaşıl. Və qadağan edici siqnalda keçmək ən ağır şəkildə cəzalandırılmalıdır»

Xatırladaq ki,Krivoy Roq-da baş vermış ağır yol qəzasından sonra Nazirlər Kabimetinin əmri ilə svetoforun sarı işıq rejimi araşdırılmağa başlanılıb.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.