Bakı şəhərində yol-nəqliyyat hadisəsi olub.
AvtoReyd.Az “Report” a istinadən xəbər verir ki, hadisə şəhərin Nobel prospektində baş verib.
Belə ki, Ehtiram Seyfəddin oğlu Əmirovun idarə etdiyi 99-ET-686 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq beton səkiyə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Avtomobil cərimə meydançasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.