Bakının Xətai rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, “10-KX-330” dövlət qeydiyyat nişanlı “Hyundai Accent” markalı avtomobil Babək prospektinin təmir olunan hissəsi ilə üzü mərkəz istiqamətinə hərəkətdə olan zaman qəfil qarşısına çıxan 40-45 yaşlı kişini vurub.

Qapalı kəllə-beyin travması alan piyada, sürücünün köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralının huşu özündə olmadığına görə, onun ad-soyadını müəyyən etmək mümkün olmayıb. Həkimlər yaralının vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Xətai Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün avtomobilini cərimə meydançasına yerləşdiriblər. Sürücü məsuliyyətə cəlb edilib.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.