Bərdə rayonunda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Qarabağ bürosu xəbər verir ki, hadisə Yenidaşkənd kəndində qeydə alınıb.
Belə ki, “QAZ-31” markalı minik avtomobili yolu kecmək istəyən 18 yaşlı Xəlil Məmmədovu vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.