Bakının Ziya Bünyadov prospektinin Nəsimi rayonu ərazisinə düşən hissəsində yol qəzası baş verib.
AvtoReyd.Az ”Report”a istinadən xəbər verir ki, Süleyman adlı (Elçin oğlu) sürücünün idarə etdiyi “Nissan” markalı avtomobil Yasamal rayonu ərazisində “Lada Priora” markalı maşının yan hissəsinə toxunub.
Lakin sürücü avtomobili saxlamayıb və sürəti artıraraq qəza yerindən yayınmağa çalışıb. O, prospektin Nəsimi rayonuna düşən hissəsində qarşı yola çıxaraq “Hundai” markalı avtomobil ilə toqquşub və ardınca beton maneəyə çırpılıb.Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Araşdırma aparılır.