Yevlax rayonunda avtomobil və teplovozun toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qarabağ bürosu xəbər verir ki, qəza rayonun Salahlı kəndində, teplovoz gələn zaman minik avtomobilinin dəmir yolu xəttini keçmək istədiyi zaman olub.

Nəticədə teplovoz yolun mühafizə olunmayan hissəsindəki keçiddə 1983-cü il təvəllüdlü Elgün Hüseynovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, maşın yararsız vəziyyətə düşüb, həmçinin teplovoza da xeyli ziyan dəyib.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.