Ukrayna prezidenti Petr Poroşenkonun kortecinin avtomobili Kiyevdə nizamlanmayan piyada keçidində velosiped sürən yeniyetməni vurub.

AvtoReyd.Az Ukrayna mətbuatına istinadən xəbər verir ki, zərərçəkən xəstəxanaya yerləşdirilib.

13 yaşlı yeniyetməyə qapalı kəllə-beyin travması və ayaqların sınığı diaqnozu qoyulub. Öz növbəsində Ukrayna prezidenti administrasiyasından bildiriblər ki, avtomobil prezidentin kortecinə məxsus deyil.

Digər mənbə isə mətbu orqanlara bildirib ki, bu, əvvəl Poroşenkonun özünün getdiyi kortecin ön avtomobili olub.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.