Kürdəmir rayonunda yol qəzası nəticəsində xəsarət alan sürücünün şəxsiyyəti məlum olub.

“Report”un Şirvan bürosunun məlumatına görə, bu, rayonun 1970-ci il təvəllüdlü Sorsor kənd sakini Əmirov Rəhim Mirzəcan oğludur.

O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralının vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Hadisə bu gün axşam saatlarında Ağsu-Bəhramtəpə yolunun Kürdəmir rayonunun Sorsor kəndi ərazisindən keçən hissəsində baş verib. “VAZ-21011” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.