Siz, yəqin, bilirsiniz ki,Rusiya Federasiyası prezidenti Vladimir Putinin şəxsi kolleksiyasında mükəmməl fil sümüyü rəngində bərpa edilmiş QAZ-21 “Volqa” var. Bəs siz bilirsinizmi ki, 2004-cü ildə Qorki avtomobil zavodu prezident üçün bir yox, bu avtomobil modelinindən üçünü hazırlayıb? Onlardan birini yaxın vaxtlarda Leninqrad ərazisində tapıldıqdan sonra satışa çıxardılıb.
AvtoReyd.Az Rusiya mətbuatına istinadən bildirir ki,bu yaxınlarada 1000 kilomter yürüşlü avtomobili 573 min manata (21 milyon rus rubla) satışa çıxardılıb.Hətta mükəmməl bərpa edilmiş “Volqa” üçün bu ağılasığmaz qiymətdir.
Prezident üçün hazırlanan “Volqalar” tam fərqlidir.Onlar bir-birindən rənglərlə və adi seriya avtomobillərdən – müasir aqreqatlara fərqlənir.Kapotun altında 2.7-litrlik 150 at güclü yapon mühərriki və avtomatik ötürmə qutusu yer alıb.
Salonda ağ dəriylə tikilmiş yeni qabaq oturacaqlar yer alıb. Maraqlıdır ki, ötürmə qutusunun idarə edilməsi sükan sütununda yerləşdirilib. Əvvəlki radioqəbuledicinin altında Panasonic-in müasir audiosistemi yerləşdirilib.
Bütün texniki mayelər, həmçinin yük yerinin qapağının kosmetik qüsuru düzəldilib. Bu avtomobilin orijinallığı rəsmi məktubla təsdiq edilir. Məktubda avtomobilin bu seriyası prezidentin ad gününə “QAZ”avtomobil zavodunda hazırlandığı bildirilir.
Yeri gəlmişkən, bu yaxınlarda Vladimir Putinin Mercedes-Benz S600 Pullman limuzini həmçinin satışa çıxardılıb.O daha lazımlı deyil, belə ki, prezident Rusiyanın yeni Aurus markasının avtomobillərindən fəal istifadə etməyə başlayıb.






