Avtoreyd.Az Hadisə Bakıda taksi sürücüsü avtomobilində bıçaqlanaraq ağır xəsarət alıb (Foto)

Bakıda taksi sürücüsü avtomobilində bıçaqlanaraq ağır xəsarət alıb (Foto)


Nəsimi rayonunda bir nəfər avtomobilində naməlum şəraitdə bıçaqlanıb.

“Report” xəbər verir ki, hadisə İbrahim Əbilov 81 ünvanında baş verib.

1981-ci il təvəllüdlü Hüseynov Rəşad Ədalət oğlu idarə etdiyi “Saipa” markalı avtomobili ilə yaşadığı “Kubinka” kimi tanınan əraziyə gəlib.

O, yaralı halda qonşularının köməkliyi ilə 1 saylı Kliniki Tibbi mərkəzə yerləşdirilib.

Məlum olub ki, R.Hüseynovun ürək nahiyəsinə iti alətlə xəsarət yetirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Hadisənin dəqiq harda, kim yaxud kimlər tərəfindən törədildiyi araşdırılır.

AvtoReyd.Az

Related Post

Şirvanda bankomatlardan pul çıxaran təqaüdçüləri aldadan şəxs tutulubŞirvanda bankomatlardan pul çıxaran təqaüdçüləri aldadan şəxs tutulub

Şirvanda bankomatlardan təqaüd çıxaran sakinlərin etibarından sui-istifadə edərək onlara məxsus 120 və 222 manat təqaüdü mənimsəyən şəxs saxlanılıb. AvtoReyd.Az APA-ya istinadən xəbər verir ki,, vətəndaşların müraciəti əsasında Şirvan şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri