Bakıda eyni küçədə iki yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Nobel prospektində, “AMAY” Ticarət Mərkəzinin qarşısında baş verib.

İlk qəza zamanı “Bakubus” MMC-yə məxsus 99-JH-251 dövlət nömrə nişanlı sərnişin avtobusu minik avtomobili ilə toqquşub. Qəza nəticəsində həm minik avtomobilinə, həm də sərnişin avtobusuna maddi ziyan dəyib.

Bu hadisədən bir qədər sonra həmin ərazidə  01-BP-868 dövlət nömrə nişanlı texniki xidməti avtomobili də səkiyə çırpılıb. Nəticədə avtomobilin təkəri partlayıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.