Avtoreyd.Az Hadisə Həbs edilən avtoxuliqanların görüntülərini yayıldı (Video)

Həbs edilən avtoxuliqanların görüntülərini yayıldı (Video)


Bakıda avtoxuliqanlıqla məşğul olan şəxslər saxlanılıb.

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirən və polisin qanuni tələbini yerinə yetirmədiyinə sürücülər müvafiq rayon məhkəmələri tərəfindən çıxarılan qərarlar əsasında inzibati məsuliyyətə cəlb olunub.

Onlardan Xəyal İntiqam oğlu Salmanov iyunun 10-da 12:30 radələrində “BMW-528” markalı 90 ON 083 dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu Kənar Dairəvi yolda özündən öndə hərəkətdə olan digər nəqliyyat vasitəsi ilə düzgün ara məsafəsi saxlamayıb, öndəki avtomobilin yolda keçid hüququna malik olduğu halda yol verməyib. Göstərilən əməllərin xüsusatlarına müvafiq olaraq X.Salmanov Yasamal Rayon Məhkəməsinin qərarı ilə nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir il) müddətə məhdudlaşdırılmaqla, onun barəsində 15 (on beş) gün müddətinə həbs tətbiq edilib.

Digər təqsirli Elçin Məcnun oğlu Hümbətov iyunun 9-da 00:05 radələrində “Chevrolet” markalı, 10 OZ 919 dövlət qeydiyyat nişanlı avtomobillə paytaxtın Tbilisi prospektində inzibati xəta törədib. Yasamal Rayon Məhkəməsinin qərarı ilə nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətə məhdudlaşdırılmaqla, onun barəsində 30 (otuz) gün müddətinə həbs tətbiq edilib.

Təqsirli olaraq həbs edilən Kamal Vahid oğlu Hüseynov isə iyunun 11-də səhər saatlarında polisin qanunu tələblərinə tabe olmayıb. Polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, buna məhəl qoymayıb, qəsdən tabesizlik nümayiş etdirib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə K.Hüseynov barəsində 10 (on gün)  müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib.

Daxili İşlər Nazirliyinin İnzibati qaydada Həbs Olunanların Saxlanılma Məntəqəsində keçirilən görüşdə həbs olunanlarla profilaktik söhbətlər aparılıb. Yol polisinin fəaliyyətinin birbaşa olaraq yollarda hərəkət iştirakçılarının təhlükəsizliyinə yönəldiyi onların diqqətinə çatdırılıb.

Görüşdə onlar bu əməllərindən peşmançılıq  duyduqlarını bildirib, törətdikləri əməlin nə qədər təhlükəli olduğunu acıq etiraf etməklə sürücülərə yollarda daha həssas və diqqətli olmalarını tövsiyə ediblər.

AvtoReyd.Az

http://www.youtube.com/watch?v=TrNgHfOumNk

Related Post