Xaçmaz rayonunda 5 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
Xezerxeber.az məlumat verir ki, hadisə Xaçmaz-Bakı yolunun Hülövlü kəndi ərazisində baş verib.
Hərəkətdə olan mikroavtob dayanmış avtomobilə arxadan çırpılıb. Nəticədə avtobusda olan nəticəsində 5 nəfər yaralanıb. Yaralanan şəxslər bunlardır:
Masallı rayon sakini Niftiyeva Şabikə Ələkbər qızı (1960),
Xaçmaz rayon sakini Quliyeva Sənəm Hacıbala qızı (1947),
Xaçmaz rayon sakini Cavadova Xədicə Ramazan qızı (1962),
Sumqayıt şəhər sakini Ağayev Nadir Şahali qızı (1969),
Abşeron rayon sakini Həmidova Zemfira Sərxan qızı.
Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətləri qənaətbəxş hesab olunur.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.