Dağlardan axıb gələn sel suları şamaxının daha bir kəndində torpaq sürüşməsinə səbəb olub. Nəticədə Zaratxeybərikəndinin avtomobil körpüsü uçub, 300-ə yaxın sakinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
Yağan yağışlar nəticəsində dağlardan axıb gələn sel suları Şamaxı rayonunun Zaratxeybəri kəndində fəsadlar törədib. Kəndin ərazisindən keçən Pirsaat çayı öz məcrasından çıxaraq avtomobil yolunu yuyub, kənd sakinlərinə məxsus bostanlar suyun altında qalıb. Avtomobil yolunda isətorpaq sürüşmələri baş verib. Rayon mərkəzindən 39 kilometr uzaqlıqda yerləşən Zaratxeybəriyə gediş-gəliş tamamilə məhdudlaşıb.
Rayona getmək istəyən kənd sakinlərinə məxsus avtomobillər bataraq yolda qalıb. Avtomobilin içində olan sərnişinlər 9 kilometr yolu piyada getmək məcburiyyətində qalıblar. Sürüşmə nəticəsində kəndin girişində olan avtomobil körpüsü də uçub, körpünün su ötrücü boruları qırılıb. Hər iki tərəfdən kəndin yolu bağlanıb.
Məsələ ilə bağlı rayon icra hakimiyyətinə məlumat verilib. Artıq uçan körpünün bərpa edilməsinə başlanılıb.
Elə kəndlilər də problemlərinin ən qısa zamanda aradan qaldırılmasını istəyirlər.