Hadisə

Qadın sərnişin avtobusda sürücünü yumruqladı — VİDEO

Bu gün səhər saatlarında 79 saylı marşrut üzrə hərəkət edən avtobus Tbilisi prospekti ilə metronun «20 yanvar» stansiyası istiqamətində işıqforun qırmızı işığında dayanıb.

AvtoReyd.Az Lent.az-a istinadən məlumat verir ki, bu zaman iki sərnişin sürücüdən avtobusu hərəkətə gətirərək yola davam etməsini tələb edib. Sürücü isə yaşıl işığın yanmasını gözlədiyini deyib. Sürücünün sözü ilə razılaşmayan qadın sərnişin arxadan gələrək sürücünü küçə söyüşləri ilə təhqir edərək, ona yumruq zərbəsi endirib.

Təhqir və hücumlara reaksiya verməyən sürücü vətəndaşı qanunlara riayət etməyə dəvət edir. Sürücünün bildirdiyinə görə, həmin şəxslər marşrutun son dayanacağına gələrək mübahisəni davam etdiriblər və dava-dalaş salmağa çalışıblar. 79 saylı xətt üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan «Xaliq Faiqoğlu » şirkətindən bildirilib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəklər.

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.

Biz Instagramda

Connection error. Connection fail between instagram and your server. Please try again