Belə taksi sürücüləri kölgələrin mifik müharibəsini əks etdirən xüsusi geyim geyinirlər
Yaponiyada qəribə taksi xidməti göstərilir. Belə ki, taksilər nindzalar və su tapançalı cangüdənlər tərəfindən idarə edilir.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Yaponiyanın “Sanva Kotsu” şirkəti əcnəbi turistlərin səyahətlərini maraqlı və əyləncəli etmək üçün yeni üsul fikirləşib. Belə ki, hazırda bu ölkədə “Nindza taksi” xidməti fəaliyyət göstərir.
Adından da göründüyü kimi, belə taksi sürücüləri kölgələrin mifik müharibəsini əks etdirən xüsusi geyim geyinir və XVII əsrə aid klassik yapon dilində danışırlar.