Moskvada bu gün baş vermiş ağır qəzanın görüntüləri şəbəkədə yayılıb

İnternetdə Rusiya paytaxtında baş vermiş və insan ölümü ilə nəticələnən qəzanın görüntüləri yayılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə bu gün səhər Kutuzov prospektində “Slavyanski bulvar” metro stansiyasının yaxınlığında baş verib. Qəza nəticəsində bir nəfər ölüb.

Hadisə şahidlərinin sözlərinə görə, insident zamanı avtomobillərdən biri parça-parça olub, sürücü isə pəncərədən çölə uçub. Hər iki maşının təkərləri dağılıb.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.