Avtoreyd.Az Hadisə Bakıdakı turistlər sürücünü döyən yol polisini lentə aldılar: “Bu vəhşiliyi hər kəs görsün”(Video)

Bakıdakı turistlər sürücünü döyən yol polisini lentə aldılar: “Bu vəhşiliyi hər kəs görsün”(Video)


DYP əməkdaşları ilə sürücü arasında əlbəyaxa davanın əks olunduğu yeni görüntülər ortaya çıxıb. 
Hadisə şahidlərinin AZXEBER.COM-a göndərdiyi video-görüntü Şəmsi Bədəlbəyli küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişməsində lentə alınıb. Görüntülərdə DYP əməkdaşları sürücünü tutaraq ona zor tədbiq edirlər. Yol polisinin əməkdaşları sürücünün üst geyimindən tutaraq zorla maşına mindirməyə çalışsalar da, sürücü onlardan yaxa qurtarmağa çalışıb.
Maraqlı olan bir digər məqam isə görüntüləri lentə alan şəxsin Bakıya gələn xarici turistlərdən biri olmasıdır. Çəkiliş zamanı o “bu vəhşilikdir və bunu hər kəs görməlidir” deyə öz fikrini bildirir.
Həmin görüntüləri təqdim edirik:

Related Post

“Saxla” əmrinə tabe olmayan sərxoş sürücü avtomobillə yol polisi əməkdaşını vurub“Saxla” əmrinə tabe olmayan sərxoş sürücü avtomobillə yol polisi əməkdaşını vurub

Şabranda “saxla” əmrinə tabe olmayan sərxoş sürücü avtomobillə yol polisi əməkdaşını vurub. AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, Şabran rayon Dövlət Yol Polisi bölməsinin inspektoru, 1981-ci il təvəllüdlü Kənan Əliyev “VAZ-2107” markalı