Avtoreyd.Az Hadisə Gəncə-Şəmkir avtomagistralında zəncirvari yol qəzası baş verib (Foto)

Gəncə-Şəmkir avtomagistralında zəncirvari yol qəzası baş verib (Foto)


Gəncə-Şəmkir avtomagistralında zəncirvari yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə  yolun Göygöl rayonunun Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes”,  “VAZ 2107” minik avtomobilləri və qoşqulu traktorun toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.Bunlar Ağstafa rayon sakinləri 1950-ci il təvəllüdlü Xəlilova Mahirə Əbdülrəhman qızı, 1986-cı il təvəllüdlü Xəlilova Günay Əbülfəz qızı və Şəmkir rayon sakini 1960-cı il təvəllüdlü İbrahimov Kərim İbrahim oğludur.Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

AvtoReyd.Az

Related Post

Qobustanda “Opel” yandıQobustanda “Opel” yandı

Qobustanda yanğın olub. AvtoReyd.Az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, rayonun Cəngi kəndində vətəndaşa məxsus “OPEL” markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yanğın saat 22:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb. AvtoReyd.Az