Saatlıda piyadavurma baş verib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, “Mercedes” markalı 99 NR 306 dövlət nömrə nişanlı yük avtomobili yolu keçən Əlisoltanlı kənd sakini 1985-ci il təvəllüdlü Qasımov Elçin Bahadur oğlunu vurub.

Piyada ağır kəllə-beyin travması ilə Saatlı Rayon Xəstəxanasına yerləşdirilib.

Araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.