Avtoreyd.Az Dörd çarx Sabunçu-Zabrat yolunda yaranan tıxacın aradan qaldırılması üçün işlər görülür (Foto)

Sabunçu-Zabrat yolunda yaranan tıxacın aradan qaldırılması üçün işlər görülür (Foto)


Bakı Nəqliyyat Agentliyi Sabunçu-Zabrat yolunda hər gün yaranan tıxacın aradan qaldırılması üçün tədbirlər görməyə başlayıb.

AvtoReyd.Az xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, bu çərçivədə Zabrat şosesinin Heydər Əliyevprospekti ilə kəsişən hissəsində (Sabunçu yol qovşağı) yerüstü piyada keçidinin yaxınlığında işlərə başlanılıb. Bu məqsədlə, yerüstü piyada keçidinin yaxınlığında yerləşən dayanacaq məntəqələrinin yeri dəyişdirilərək cib tipli təşkil ediləcək. Bununla da günün pik saatlarında qeyd edilən yolda nəqliyyatın hərəkətində müşahidə edilən tıxacın aradan qaldırılması və sərnişinlərinin rahatlığının, eləcə də təhlükəsizliyinin təmin edilməsi mümkün olacaq.

Related Post

Tovuzda dağların partladılması üsulu ilə yeni yol salınırTovuzda dağların partladılması üsulu ilə yeni yol salınır

Tovuz rayonunda dağların partladılması üsulu ilə yeni yol salınır. Rayonun Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala–Qoçdərə–Çobansığnaq–Yoğunbulaq–Sarıtala avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi