Hadisə Rusiyanın Nijni Novqorod şəhərində qeydə alınıb.
AvtoReyd.Az məlumat verir ki,səhər tezdən uşağı baxçaya qoyduqdan sonra Nijni Novqorod şəhərinin xanım sürücüsü öz avtomobilində çətin anlar yaşayıb.Parkinqindən operativ uzqlaşmaq istəyən xanım sürücü avtomobili arxaya verərkən əvvəlcə sol,sonra diqər maşınları zədələyərək hadisə yerini tərk edib.
Zərər vurulmuş avtomobil sahiblərinin təəccübünə, bir müddətdən sonra qadın qayıdaraq günahını tamamilə etiraf edib və bütün qaydalara uyğun olaraq polis əməkdaşlarıyla birlikdə yol-nəqliyyat hadisəsini rəsmiləşdirib.
Şahidlər qeyd ediblər ki, qəzaya səbəb sürücünün təcrübəsizliyi olub,çünki qadın tamamilə ayıq olub.
AvtoReyd.Az həmin görüntüləri sizə təqdim edir: