Gəncə şəhərində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az “Report”a istinadən məlumat verir ki, hadisə Yeni Gəncə qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbədə 20-DH-098 dövlət seriya nişanlı, “Niva” markalı avtomobillə 90-NR-668 dövlət seriya nişanlı, “Mercedes-Benz” markalı avtomobil toqquşub. Hadisə zamanı “Niva” markalı avtomobilinin sürücüsü və sərnişini, habelə “Mercedes”dəki sərnişinlərdən biri xəsarət alıb. Yaralılardan birinin – 1961-ci il təvəllüdlü Əliyeva Fəridə Həsən qızının vəziyyətinin orta ağır olduğu bildirilir

Hadisəyə səbəb kimi “Niva” markalı avtomobilin sürücüsünün sərxoş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.