“Azərbaycan Hava Yolları” (AZAL) www.azal.az saytında aviabiletlərin satışı dayandırılıb.
AvtoReyd.Az xəbər verir ki, şirkət bu barədə açıqlama yayaraq texniki problemin AZAL-dan qaynaqlanmadığını bildiri və narahatlığa görə üzr istəyib.
Xatırladaq ki, 31 mayda AZAL-ın tərkibindəki “Buta Airways” aviaşirkətinin saytında da analoji problem baş vermişdi.