Nazirlikdən çimərliklərə gedən şəxslərə müraciət

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) küləkli hava şəraiti ilə bağlı olaraq çimərliklərə gedən şəxslərə müraciət edib.

AvtoReyd.Az nazirliyə istinadən xəbər verir ki, arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar çimərliklərə üz tutanlara ehtiyatlı olmaq tövsiyə edilib.

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu 26-27° isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu  27-28° isti təşkil edəcək.

AvtoReyd.Az 

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.