Prezident İlham Əliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektorunun təyin edilməsi haqqında sərəncam imzalayıb.

AvtoReyd.Az Xalq.Az-a istinadən xəbər verir ki, sərəncama əsasən Ceyran Emin qızı Mahmudova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib.

Xatırladaq ki, Ceyran Mahmudova – xalq musiqisi tarixi və nəzəriyyəsi üzrə Bakı Musiqi Akademiyasının müəllimi, professordur.

“Musiqi Xəzinəsi” verilişinin aparıcılarından biri olub.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.