Son vaxtlar Bakı şəhəri ərazisində yol-nəqliyyat hadisələrinin sayı nəzərə çarpacaq dərəcədə artmışdır. Bunun əsas səbəbləri sürücülərin yol hərəkəti qaydalarını kobud surətdə pozması, yol polisi inspektorlarının qanuni tələblərinə əməl etməmələridir. Avtobus, xüsusən də taksi sürücülərinin qeyri-peşəkarlığı, kateqoriyalarına uyğun olmayan nəqliyyat vasitələrini idarə etmələri,küçələrdə tıxaclar yaratmaları, başqa mənfi hallar qəzaların baş verməsinə şərait yaradır. Digər tərəfdən, “avtoxuliqanlara” qarşı mübarizənin zəiflədilməsi də haqlı olaraq vətəndaşların narazılığına səbəb olur.AvtoReyd.Az-ın məlumatına görə,hadisə bir neçə gün bundan əvvəl Mərdəkan istiqamətində qeydə alınıb.Beləki,ötmə əməliyyatı keçirdən taksi sürücüsünün bu qayda pozuntusu izləyicilərimizin kamerasına tuş gəlib.Səbəbini anlaya bilməsək də belə sürücülərlə mübarizəmiz daima davan edəcək.Sözügedən videonu sizə təqdim edirik:

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.