Xezerxeber.az-ın məlumatına görə, söhbət qəsəbənin İsa Əlizadə küçəsindən gedir. Ərazidə yaranan çökəklik və gölməçə həm nəqliyyat vasitələrinin, həm də piyadaların sərbəst hərəkətinə manə olur.
Sakinlər deyir ki, ərazidə su hər gün saat 16.00-17.00 radələrində axmağa başlayır. Onların sözlərinə görə, məsələ ilə bağlı adiyyati qurumlara müraciət edilib, amma problemlə maraqlanan yoxdur.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə “Xəzər Xəbər”ə bildirdi ki, sözügedən küçədə quyu sularını nəql edən xətdə qəza bas verib və bu da suyun axmasına səbəb olub. Hadisə ilə bağlı artıq Xəzər Su-Kanal İdarəsi məlumatlandırılıb. Qəzanın aradan qaldırılması üçün yolda qazıntı isləri aparmaq lazımdır və bu barədə Avtomobill Yolları Dövlət Agentiliyinə müraciət olunub. Texniki şərt razılığı verilən kimi ərazidə işlərə başlanılacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: