Bakı Nəqliyyat Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə,şəhərətrafı və qəsəbələrarası marşrutların başlanğıc və son dayanacaqları arasındakı məsafədən asılı olmayaraq sərnişinin bir istiqamət üzrə ödəyəcəyi gediş haqqı məbləği (gedəcəyi məsafədən asılı olaraq) yuxarıda göstərilən tarif cədvəlinin 3-cü hissəsinə uyğun olaraq müəyyən edilir.
1.125 və 199 nömrəli şəhərətrafı marşrutların nağdısz ödəniş sistemi ilə fəaliyyət göstərməsi nəzərə alınaraq, gediş haqqı tarifi 0.35 manat səviyyəsində müəyyən edilib.
2.“28 May” metrostansiyası – Hava Limanı istiqamətində fəaliyyət göstərən H1 nömrəli ekspress marşrutun tarifində dəyişiklik edilməyib. Həmin marşrut üzrə gediş haqqı tarifi 1.30 manat təşkil edir.

