Bu gün Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevamərasimdə iştirak ediblər. Ölkə başçısı mənzillərin sənədlərini və avtomobillərin açarlarını sahiblərinə təqdim edib. Daha sonra prezident 136 vətəndaşa verilən “Khazar LX” avtomobilini idarə edib.

Qeyd edək ki, “Khazar LX” avtomobilləri Neftçala Sənaye Parkında fəaliyyət göstərən “Azərmaş” MMC tərəfindən istehsal olunub.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.