Hadisə

Paytaxtda dəhşətli qəza – sürücü sükan arxasında sıxılıb qaldı (Video)

Ötən gün Bakı şəhərinin Qaradağ rayonunda baş verən dəhşətli qəzanın yeni görüntüsü yayılıb. 

AvtoReyd.Az-in FHN-ə istinadla verdiyi məlumata görə, “Ford” və “KAMAZ” markalı iki yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Ford” markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü və 1 nəfər sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat artıq yekunlaşıb.

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.