Pagani” şirkəti dünyanın ən bahalı avtomobilini satışa çıxarmağa hazırlaşır.

Qaynarinfo.az xəbər verir ki, “Pagani Zonda HP Bachetta” adlı modeldən cəmi 3 ədəd istehsal olunacaq və 17,5 milyon dollara satışa çıxarılacaq.

Avtomobil 789 at gücünə, 6.0 litrlik ikiqat turbo V12 motoruna və 6 ötürücülü mexanika sürət qutusuna sahib olacaq. İdman avtomobili 100 km/saat sürəti 3,1 saniyədə yığacaq. Maksimum sürəti isə 335 km/saat olacaq.

Qeyd edək ki, hazırda dünyanın ən bahalı avtomobili ötən il satışa çıxarılan “Rolls-Royce Sweptail” avtomobilidir. Avtomobilin qiyməti 13 milyon dollardır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.