Avtoreyd.Az Hadisə Binəqədi DYPŞ-nin rəisi bu əməlinə görə işdən azad olundu

Binəqədi DYPŞ-nin rəisi bu əməlinə görə işdən azad olundu


Binəqədi DYPŞ-nin rəisi Vüqar Hüseynov vəzifəsindən azad edilib.

AvtoReyd.Az “Ölkə.Az”a istinadən xəbər verir ki, Vüqar Hüseynovun işdən çıxarılmasına səbəb polisə yaraşmayan hərəkətlər etməsi olub.

Belə ki, polis polkovniki həyat yoldaşının yaxın qohumu ilə cinsi əlaqədə olan zaman qohumları tərəfindən iş başında yaxalanıb. Bu zaman qohumlar Vüqar Hüseynova qarşı alçaldıcı hərəkətlər edərək telefona çəkiblər. Sonra isə onu götürüb Bİnəqədi RPİ-nin rəsinin yanına gətiriblər. Bundan sonra Binəqədi RPİ-nin rəisi DİN-ə raport yazaraq DYPŞ-nin rəsinin işdən uzaqlaşdırılmasını istəyib. Nəticədə Vüqar Hüseynov DİN-nin əmri ilə tutduğu vəzifədən uzaqlaşdırılıb.

Baş vermiş hadisə ilə bağlı Vüqar Hüseynovla əlaqə saxladıq. Polis polkovniki işdən azad olunmasını təsdiqləyərək bildirdi ki, xəstəliyi ilə əlaqədar öz ərizəsi ilə təqaüdə çıxıb.

AvtoReyd.Az 

Related Post

Şamaxıda yeni istifadəyə verilən 3 avtomobil yolu sürüşmə nəticəsində dağılıb (Foto)Şamaxıda yeni istifadəyə verilən 3 avtomobil yolu sürüşmə nəticəsində dağılıb (Foto)

Şamaxı rayonunda yeni istifadəyə verilən iki yol torpaq sürüşməsi nəticəsində dağılıb. AvtoReyd.z APA-ya istinadən verdiyi məlumatına görə, rayon mərkəzindən 25 kilometr aralıda yerləşən Quşçu-Çaylı yolunun 3-cü kilometrliyində asfalt örtüyü 3 metr