Tovuz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

AvtoReyd.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.

1987-ci il təvəllüdlü Hikmət Fazil oğlu Quliyev idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək maneəyə çırpılıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.

Dünyasını dəyişən H.Quliyev polis əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.