Türkiyənin Antalya vilayətində rusiyalı turistləri aparan avtobus aşıb.
AvtoReyd.Az-ın məlumatına görə, qəza nəticəsində 13 nəfər xəsarət alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Avtobusda Rusiyadan 26 turistin olduğu bildirilir.
Təfərrüatlar barədə məlumat verilmir.
