Avtoreyd.Az Hadisə Bakıda içi sərnişin dolu KAMİKADZE avtobus əks yola çıxdı (Video)

Bakıda içi sərnişin dolu KAMİKADZE avtobus əks yola çıxdı (Video)


Bakıda avtobus sürücüsü kobud qayda pozub.

BAKU.WS-in məlumatına görə, 81 nömrəli marşurut üzrə hərəkət edən avtobus əks yola çıxıb.

Ətrafdakı insanların diqqətini çəkən həmin anlar kameraya düşüb.

Sərnişinlərin həyatını təhlükəyə atan sürücü əks yolda qəza vəziyyəti yaradıb.

Görüntülər sosial şəbəkələrdə kəskin tənqidlərə səbəb olub.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev BAKU.WS-ə açıqlama verib. BNA rəsmisi sözügedən kadrlarla bağlı araşdırmalar aparılacağını və zəruri tədbirlər görüləcəyini bildirib.

AvtoReyd.Az

Related Post

Bir həftədə 4 ölüBir həftədə 4 ölü

Həftəsonu Azərbaycanda baş verən yol qəzalarının sayı açıqlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, iyunun 5-6-da avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 1