Ağstafa rayonunun Böyük Kəsik kəndində “VAZ” markalı minik avtomobili yol kənarındakı hasara çırpılıb.

AvtoReyd.Az xəbər verir ki, bu barədə məlumat FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Məlumata əsasən, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış 1960-cı il təvvəllüdlü sürücü Eminov Elxan Əsgər oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.