Yevlax rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, “Niva” markalı avtomobilin rayonun Qaraoğlan kəndi yolunda idarəetmədən çıxaraq aşması nəticəsində 1942-ci il təvəllüdlü Heydərov Sadıq Həmid oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Qəza zamanı həmçinin maşının sürücüsü və digər 3 sərnişin yüngül xəsarət alıb.

Maşındakı şəxslər yaxın qohum olublar.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.