Paytaxtın Ziya Bünyadov prospektində 3 maşının iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə 20 Yanvar dairəsindən metronun “Koroğlu” stansiyası istiqamətində gedən yolda qeydə alınıb.Hadisə şahidlərinin AvtoReyd.Az-a verdiyi məlumata görə,qəza nəticəsində ölən olmayıb, xəsarət alan var.

Faktla bağlı Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.