Avtoreyd.Az Gündəm Bəzi yollarda sürüşmə aktivliyi artıb (Video)

Bəzi yollarda sürüşmə aktivliyi artıb (Video)


Respublikanın bəzi yollarında sürüşmə sahələrinin aktivliyi artıb. Bu yollarda hərəkət edən sürücülər üçün təhlükə riski var.

AvtoReyd.Az xezerxeber.az-a istinadən bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının keçirdyi yoxlamalardan sonra bəzi yollarda sürüşmə təhlükəsinin artdığı müşahidə olunub.

Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralovun sözlərinə görə, son aylar ərzində bəzi yeni sürüşmə sahələri də meydana gəlib.

Qarşıdakı aylarda yağıntıların miqdarının artması ilə bəzi ərazilərdə sürüşmə sahələrinin də aktivləşməsi gözlənilir.

AvtoReyd.Az

Related Post