Bakı şəhərində sərnişinlərin müntəzəm marşrut xətt avtobuslarından rahat və təhlükəsiz istifadəsi üçün zəruri infrastrukturun təşkili işləri davam edir. 45 ünvanda Azərbaycan Dövlət Tikinti Normaları nəzərə alınaraq “cib” tipli dayanacaq məntəqəsinin təşkilinə başlanılıb.

Bu barədə  AvtoReyd.Az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumata görə, nəzərdə tutulan ünvanlar vətəndaş müraciətləri və Bakı Nəqliyyat Agentliyi mütəxəssislərinin apardığı təhlillər əsasında müəyyən edilib.

Qeyd edək ki, işlərə ilk olaraq Yeni Salyan yolu, 22 ünvanında jurnalistlər üçün yeni salınan yaşayış kompleksinin qarşısında və yolun əks tərəfində start verilib.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.