Səhər saatlarında Bakı-Quba yolunda yol qəzası baş verib.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, Xırdalan-Masazır dairəsinin üzərindəki körpüdə “Mercedes” markalı avtomobil BMW-yə, digər “Mercedes” isə arxadan ona çırpılıb.

Hər 3 maşına ciddi ziyan dəyib. Hadisə yerinə sığorta və polis işçiləri cəlb olunub.

Qəza nəticəsində yolda tıxac yaranıb. Hazırda DYP əməkdaşları yolda maşınların hərəkətini tənzimləyir.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.