Avtoreyd.Az Hadisə Yol-nəqliyyat hadisəsi 2 nəfərin həyatına son qoyub (Video)

Yol-nəqliyyat hadisəsi 2 nəfərin həyatına son qoyub (Video)


Bakıda avtobus yolu keçmək istəyən piyadanı vurub.

Avtobusun altında qalan piyada elə yerindəcə can verib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Hövsan qəsəbəsində baş verib. Görüntüləri hadisə yerində olan vətəndaşlardan biri çəkərək “Xəzər Xəbər”in votsap nömrəsinə göndərib. Qəsəbə sakini Cəmil İsmayılov idarə etdiyi avtobus ilə yolu keçən həmyerlisi Əlövsət Alıyevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Şamaxıda da piyadanı avtomobil vurub. Hadisə Şamaxı- Göylər – Padarçöl avtomobil yolunda baş verib. Avtomobil yoldan keçən piyada, Şamaxı rayon Quşçu kənd sakini, 15 yaşlı Müraciət İsmayılovu vurub. Ağır xəsarət alan yeniyetmə Şamaxı rayon Mərkəzi Xəstəxanasına gətirilib. Cərrahiyə şöbəsinə yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olmayıb.

Müraciət İsmayılov xəstaxanada vəfat edib. Hadisəni törədən avtomobilin sürücüsü isə polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Related Post