Cəlilabad rayonunun Alar kəndində baş vermiş yol qəzasında dünyasını dəyişmiş gənclər abituriyent olub.

AvtoReyd.Azın xəbərinə görə, Alar kənd 3 saylı orta məktəbini bitirmiş Ələmdar Əzizov və Şəmsi Qarayev sabah, iyulun 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) keçirəcəyi qəbul imtahanında iştirak edəcəkdi.

Onların hər ikisi 2000-ci il təvəllüdlüdür.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.