Bakının Sabunçu rayonu, Anaşkin küçəsində qəribə hadisə baş verib.
AvtoReyd.Az xəbər verir ki, bu barədə “avtosfer.az”a hadisənin iştirakçısı olan Səhhət Abbasov məlumat verib və video göndərib.
Xanım sürücü əks istiqamətdə hərəkət edib və öz yolu ilə gələn “Vito”nun qarşısında dayanıb. Sağa keçməyə yol olsa da xanım sürücü digərindən yolu boşaltmağı tələb edib.
“Yol mənimdir, belə sürürəm, götür zibilini burdan” kimi xanıma yaraşmayan kobud ifadələr işlədib.
Daha sonra isə avtomobili elə yolun ortasında saxlayaraq gedib. “Vito”nun sürücüsü DYP-yə müraciət edərək bu qanunsuz əmələ hüquqi qiymət verilməsini tələb edir.