Hadisə

“Təcili yardım” maşını velosiped sürən kişini vurub

Lənkəran şəhərində velosipedçinin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az “Report”un Cənub bürosununa istinadən məlumat verir ki, Zərifə Əliyeva və Hənifə Abdullayev küçələrinin kəsişməsində Masallı Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının “90-JD-642” dövlət qeydiyyat nişanlı avtomobili yolu keçməkdə olan velosipedçini vurub.

Ətrafdakıların sözlərinə görə velosipedçi qulaqcıq taxdığından “təcili yardım” avtomobilinin xəbərdarlıq siqnalına əhəmiyyət verməyib. “Təcili yardım”ın sürücüsü xəsarət alan Lənkəran şəhəri, Müslüm Maqomayev küçəsi, ev 17-də yaşayan 19 yaşlı Aslan Şaiq oğlu Məmmədlini dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Hadisə “təcili yardım” maşını Mərkəzi Qan Bankının Lənkəran bölməsindən xəstə üçün qan götürüb geri qayıtdığı zaman baş verib.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.