Bakıda avtomobil piyadanı vuraraq öldürüb.
“Report” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə sentyabrın 24-də saat 1 radələrində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini Samir Abbasov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən qəsəbə sakini Seymur Səfərovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Suraxanı rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.