Bərdə rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

AvtoReyd.Az“Report”un Qarabağ bürosuna istinadən məlumat verir ki, hadisə Yevlax-Ağdam avtomobil yolunun Bərdə rayonu, Divanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Oka” markalı avtomobilin idarəetmədən çıxaraq dəmir məhəccərə çırpılması nəticəsində avtomobilin 1968-ci il təvəllüdlü sürücüsü Azər Həzili hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.