Keçmiş amerikalı aktrisa Merilin Monronun avtomobili hərraca çıxarılıb.

AvtoReyd.Az Trend-ə istinadən xəbər verir ki, avtomobilin ilkin qiyməti 500 min dollar olaraq qiymətləndirilir.

1956-cı il buraxılışlı “Ford Thunderbird” M.Monroya Milad bayramında hədiyyə olunub.

O, bu avtomobildə dramaturq Artur Millerlə nikah mərasimində iştirak edib.

Merilin Monro kabriolet tipli avtomobili 6 il idarə etdikdən sonra öz müəlliminin oğluna hədiyyə edib.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.